CƏMİYYƏT
Azərbaycanlı həkimlər beynəlxalq konfransda məruzə ilə çıxış ediblər
Bakı, 29 noyabr, AZƏRTAC
Kiyevdə Avropa Kron Xəstəliyi və Xoralı Kolit Cəmiyyətinin (ECCO) təşkilatçılığı ilə "Bağırsaqların iltihabi və funksional xəstəlikləri" mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları - dosent Gülüstan Babayeva və doktorant Günay Əsədova təmsil ediblər.
Terapiya kafedrasının dosenti Gülüstan Babayevanın “Çölyak xəstəliyi və iltihabi bağırsaq xəstəlikləri” və terapiya kafedrasının doktorantı Günay Əsədovanın “İltihabi bağırsaq xəstəlikləri olan xəstələrdə mədə lezyonlarının spektri” mövzusunda məruzələri maraqla dinlənilib.
İnteraktiv diskussiya zamanı mövzularla əlaqədar verilən suallar ətraflı cavablandırılıb.