CƏMİYYƏT


Azərbaycanlı hərbi həkimlər Türkiyədə təlim keçiblər

Bakı, 13 oktyabr, AZƏRTAC

Dost və müttəfiq ölkələr arasında imzalanan müqavilələr çərçivəsində Türkiyənin Sağlamlıq Elmləri Universitetinin hava və kosmik təbabət mərkəzi tərəfindən hərbiçilərə “Hava və kosmik tibb” mövzusunda təlimlər keçirilib.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu təlimlər çərçivəsində Əskişəhər Yunus Əmrə Dövlət Xəstəxanasında Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrində çalışan üç həkimi hava və kosmos həkimliyi üzrə yüksək səviyyəli fizioloji təhsil kursunda iştirak edib.

Kurs çərçivəsində hərbi həkimlərimiz “Hipoksiya və hiperventilyasiya”, “Barotravmalar”, “Səs-küy və titrəyiş”, “Hərəkət xəstəliyi”, “Aviasiyada insan amilləri (HFACS)”, “Aviasiya psixologiyası” və s. mövzularda akademik təlimlərlə yanaşı, tətbiqi fizioloji təlimlərə də qatılıblar.

Kursun sonunda kursantlar tərəfindən Azərbaycanla bağlı təqdimat nümayiş olunub.

Sonda kursun dinləyicilərinə sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.