MƏDƏNİYYƏT
Azərbaycanlı heykəltəraş “Xilaskar ana” əsərinin yaradılması ideyası barədə danışıb
Moskva, 5 noyabr, AZƏRTAC
Rusiyanın “Rosreportyor” informasiya-analitik mədəni-təhsil şəbəkə nəşri azərbaycanlı məşhur heykəltəraş və keramikaçı, İçərişəhərdə şair Əliağa Vahidin heykəlinin və bir sıra başqa əsərlərin müəllifi Rahib Həsənov ilə müsahibə dərc edib.
AZƏRTAC xəbər verir ki, Rahib Həsənov Bakıda Memarlıq və İnşaat İnstitutunu bitirib, SSRİ Memarlar İttifaqının, SSRİ Rəssamlar İttifaqının, UNESCO yanında Beynəlxalq və Rusiya Rəssamlar İttifaqının Heykəltəraşlıq seksiyasının üzvü olub. Hazırda R.Həsənov Moskvada yaşayır.
Tanınmış azərbaycanlı heykəltəraş bu müsahibəsində koronavirus pandemiyasının onun yaradıcılığına, düşüncə tərzinə necə təsir göstərməsi, rəssam üçün xüsusi əhəmiyyət kəsb edən layihələrin taleyi və 2020-ci il Vətən müharibəsində Azərbaycanın Zəfərinin ildönümünə həsr edilmiş monumental “Xilaskar analar” memarlıq-heykəltəraşlıq kompozisiyasının yaradılması ideyası barədə məlumat verib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva