MƏDƏNİYYƏT


Azərbaycanlı heykəltəraşın “Tum satan qadın” kompozisiyası Xarkovun vizit kartına çevriləcək

Xarkov, 26 sentyabr, AZƏRTAC

Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovun müəllifi olduğu daha bir heykəl Xarkov şəhərindəki tarixi bazarın qarşısında ucaldılıb. “Tum satan qadın” obrazlı heykəl-kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.

S.Qurbanov AZƏRTAC-a bildirib ki, Xarkovda əhalinin əhval-ruhiyyəsini qaldıran kompozisiyanın ucaldılmasını çox illərdir, fikirləşib: “Blaqoveşenskiy” bazarı Xarkov şəhərinin tarixi və vizit kartıdır. Düşünürəm ki, bu heykəl-kompozisiya da şəhərin vizit kartına çevriləcək. Kompozisiyada qadının ayaqları altında tum dolu çuvalın yanında yatmış pişik və tum çuvallarının birində “Uğur olsun!” ifadəsinin yazılması, insanların ora xoş ənənə olan qəpik pulların qoyulması ilə nəticələnəcək”.

Onun sözlərinə görə, bu kompozisiya insanlarda pozitiv enerji və təbəssüm hissi yaradacaq. Bu görüntü Ukrayna xalqının ruhunun xeyirxahlığı və səxavətini əks etdirir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.