MƏDƏNİYYƏT


Azərbaycanlı heykəltəraşın müəllifi olduğu heykəl Ukraynanın Vinnitsa şəhərində ucaldılacaq

Kiyev, 3 avqust, AZƏRTAC

Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovun müəllifi olduğu tanınmış yazıçı, şair, ictimai xadimi Taras Şevçenkonun heykəli Vinnitsa şəhərinin mərkəzi hissəsində ucaldılacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında heykəltəraşın özü məlumat verib.

Onun sözlərinə görə, heykəlin hündürlüyü 3,5 metrdir. Yaxın vaxtlarda heykəlin açılışı olacaq.

S.Qurbanov bildirib ki, müəllifi olacağı Taras Şevçenkonun daha bir heykəli Sloveniyada ucaldılacaq. Artıq bununla bağlı Ukraynanın Sloveniyadakı səfirliyi müvafiq işləri həyata keçirir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.