İDMAN


Azərbaycanlı idman mütəxəssisi Avropa Cüdo Birliyində məsul vəzifəyə təyin olunub

Azərbaycanlı idman mütəxəssisi Avropa Cüdo Birliyində məsul vəzifəyə təyin olunub

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının baş katibinin məsləhətçisi Azər Novruzov Avropa Cüdo Birliyinin Marketinq departamentində məsləhətçi kimi fəaliyyətə başlayıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı müqavilə ona Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və marketinq direktoru Jaçek Zavadka tərəfindən təqdim edilib.

A.Novruzovun idman idarəçiliyində 10 ildən çox təcrübəsi var. O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları kimi çoxsaylı beynəlxalq yarışların təşkilat komitəsinin üzvü olub. Bundan əlavə, o, 2011-2013-cü və 2016-2017-ci illərdə Azərbaycan Cüdo Federasiyasında idman meneceri vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.