İDMAN


Azərbaycanlı idmançılar Tunisdə keçirilən savat üzrə dünya çempionatında yarımfinala yüksəliblər

Bakı, 15 iyun, AZƏRTAC

Tunisin Hammamet şəhərində savat (Fransa boksu) üzrə dünya çempionatına start verilib.

Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 50 ölkədən 600-dək idmançının qatıldığı yarışda ölkəmizi Nurlan Qədimov (70 kq), Bəhruz Çıraqov (75 kq) və Tural Bayramov (85 kq) təmsil edirlər. İdmançılarımızın hər biri üç görüş keçirərək yarımfinala yüksəlib.

Komandamızın üzvləri çempionatda federasiya prezidenti Rafiq Əliyevin və icraçı direktor Sənan Abdullayevin rəhbərliyi ilə mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.