İQTİSADİYYAT


Azərbaycanlı iş adamları Kolumbiyada keçirilən biznes forumda iştirak edə bilər

Azərbaycanlı iş adamları Kolumbiyada keçirilən biznes forumda iştirak edə bilər

Bakı, 1 fevral, AZƏRTAC

Mart ayında Kolumbiyada ən mühüm beynəlxalq tədbirlərdən biri olan “Macrorruedas 95” biznes forumu baş tutacaq.

Kolumbiyanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu, “ProColombia” vasitəsilə Ticarət, Sənaye və Turizm Nazirliyi tərəfindən hazırlanmış və müxtəlif iqtisadi sektorlardan birbaşa əlaqə qurula biləcək 1500-dən çox kolumbiyalı ixracatçının iştirak edəcəyi əsas beynəlxalq ticarət təşviqi tədbiridir. Forumda üzbəüz görüşlərlə yanaşı, xüsusi proqramlar çərçivəsində Kolumbiyaya işgüzar səfərlər və onlayn formatda görüşlərin keçirilməsi imkanı da olacaq.

“Macrorruedas 95” biznes forumunda kənd təsərrüfatı məhsullarının istehsalı zəncirlərindən təzə meyvə və tərəvəz, qəhvə və qəhvə məhsulları, içkilər, akvakultura və balıqçılıq, şəkər, kakao və kakao məhsulları, süd və süd məhsulları, yağlar və piylər, Dördüncü Sənaye İnqilabından proqram təminatı və IT, kibertəhlükəsizlik, reklam və rəqəmsal marketinq, animasiya, audiovizual istehsal və videooyunlar, moda sənayesindən tekstil və tikiş məhsulları, geyim, dəri malları, ayaqqabı, kostyum və bijuteriya məhsulları, maşınqayırma və metal emalı sənayesindən məişət əvadanlıqları, alətlər və məişət texnikası, tikinti materialları, avtomobil hissələri, əl işləri və POP materialı, kimya və həyat elmlərindən, kosmetika, plastik və kauçuk, əczaçılıq, xəstəxana xeyriyyəçiliyi və kimyəvi maddələr zəncirlərindən kolumbiyalı iş adamlarının iştirakı gözlənilir.

Kolumbiyanın Azərbaycandakı səfirliyi azərbaycanlı iş adamlarını martın 22-23-də bu ölkənin Barrankilya şəhərində keçiriləcək forumda iştirak etməyə və biznes qurmaq üçün əla fürsəti əldən verməməyə dəvət edir.

Qeydiyyat üçün son tarix fevralın 13-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.