MƏDƏNİYYƏT


Azərbaycanlı jurnalistin “Sakura və Xaribülbül” məqaləsi “INPS Japan” informasiya agentliyinin saytında

Bakı, 3 oktyabr, AZƏRTAC

Araşdırmaçı jurnalist Aida Eyvazlının Azərbaycan, Qarabağ həqiqətləri, ermənilər tərəfindən dağıdılmış şəhərlərimiz, viran olmuş yurdlarımız haqqında “Sakura və Xarıbülbül” məqaləsi Yaponiyanın “INPS Japan” informasiya agentliyi tərəfindən yayımlanıb.

AZƏRTAC xəbər verir ki, jurnalist Aida Eyvazlının qələmə aldığı “Biz Azərbaycan türkləri də Yaponlar kimi günəşi qarşılayanlar ölkəsindənik. Biz də Günəşi, istiliyi sevirik. Biz də dünyanın Sakura rəngini, çəhrayı rəngini sevirik. Biz də dünyada sülh, əmin-amanlıq istəyirik”- fikirləri ilə başlayan məqaləsində Qarabağ müharibəsi, erməni işğalının ağır nəticələri və müharibədən sonrakı dövrlə bağlı məlumatlar yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.