SİYASƏT


Azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olmaları Malayziya saytlarının da diqqət mərkəzindədir

Kuala Lampur, 5 iyun, AZƏRTAC

İyunun 4-də azərbaycanlı jurnalistlərin erməni separatçılarının basdırdığı minaya düşərək həlak olmaları Malayziya saytlarının da diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Malayziyanın nüfuzlu “nst.com.my” və “thestar.com.my” saytları və digər kütləvi-informasiya vasitələrində faciə barədə ətraflı xəbərlər əksini tapıb. Qeyd edilib ki, iyunun 4-də Ermənistan tərəfindən uzun illər işğal altında qalan Kəlbəcər rayonuna gedən jurnalistləri aparan avtobusun erməni separatçılarının basdırdığı minaya düşməsi nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb.

Bildirilib ki, həlak olan jurnalistlərdən biri AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov, digər isə AzTV-nin operatoru Sirac Abışovdur. Xəsarət alanalar arasında AzTV-nin daha bir əməkdaşı var.

Məqalələrdə bildirilir ki, Kəlbəcər rayonu ötən ilin sentyabrında başlayan və noyabrda başa çatan 44 günlük müharibədən sonra ermənilər tərəfindən döyüşsüz tərk edilib. Noyabrın 10-da başa çatan Vətən müharibəsi nəticəsində Azərbaycan təqribən 300 yaşayış məntəqəsini Ermənistanın işğalından azad edib.

Azərbaycanın böyük qələbəsi Ermənistanı atəşkəs barədə üçtərəfli Bəyanatı imzalamağa məcbur edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.