ELM VƏ TƏHSİL


Azərbaycanlı məktəblilər 53-cü Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

Bakı, 3 avqust, AZƏRTAC

Onlayn formatda məktəblilərin 53-cü Beynəlxalq Kimya Olimpiadası (IChO) keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 79 ölkədən 312 məktəblinin qatıldığı olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.Olimpiadada Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Xanım Yaqublu, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Məhsəti Piriyeva, Astara rayonu Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Salman Hüseynov və BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin X sinif şagirdi Nəriman Şirinli bürünc medala layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.