MƏDƏNİYYƏT


Azərbaycanlı model Moskvada 40 kiloqramlıq geyimdə

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycanlı modellər Nigar Qədirli və Kənan Mehdi Rusiyanın paytaxtı Moskvada keçirilən "Moscow İnternational Fashion Fest"də podiuma çıxıblar.

AZƏRTAC xəbər verir ki, türkiyəli dizayner Güler Baysalın kolleksiyasını nümayiş etdirən modellər festivala "ADDIM" Gənclər Təşkilatının dəstəyi ilə qatılıblar. Belə ki, "Miss&Mr National Azerbaijan" gözəllik yarışmasının online səsverməsi zamanı qalib olan gənclər sözügedən festivalda iştirak şansı qazanıblar.

Diqqət çəkən məqamlardan biri də Nigar Qədirlinin təqdim etdiyi gəlinlik libası olub. Həm görünüşü, həm də çəkisi ilə maraq doğuran geyimin ağırlığı 40 kiloqramdan artıq olsa da, model xanım podiumda məharətlə addımlayıb.

Sonra müxtəlif ölkələrin nümayəndələri, moda biliciləri həmyerlilərimizlə tanış olub, xatirə fotosu çəkdirib.

Onu da qeyd edək ki, sentyabrın 20-də yarışmanın final gecəsi keçiriləcək. Finalda iştirakçılar dizayner G.Baysalın xüsusi olaraq hazırladığı çimərlik geyimlərini təqdim edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.