MƏDƏNİYYƏT


Azərbaycanlı modelyer şəxsi kolleksiyasını nümayiş etdirib

Bakı, 13 oktyabr, AZƏRTAC

Yunanıstan səfirliyinin təşkilatçılığı ilə Bakıda modelyer Leyla Babazadənin “How art is solving problems” mövzusunda şəxsi kolleksiyasının nümayişi keçirilib.

AZƏRTAC xəbər verir ki, gənc modellər podiumda L.Babazadənin tikdiyi köynək və çantaların üzərində Yunanıstan səfiri Nikolaos D.Kanellosun çəkdiyi rəsmləri nümayiş etdiriblər.

Tədbirdə Leyla Babazadə Azərbaycanda yayılan dəbdən söhbət açıb. Bildirib ki, bu sahəni inkişaf etdirmək üçün peşə məktəblərinin yaradılması bacarıqlı mütəxəssislər yetişdirməyə təkan verəcək.

Modelyer toxuculuq sənayesinin inkişafından danışaraq yeni fabriklərin təsis edilməsinin vacib olduğunu da vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.