MƏDƏNİYYƏT
Azərbaycanlı müəlliflərin romanının Qazaxıstanda təqdimatı keçirilib
Bakı, 24 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycanlı müəlliflər - Şəmil Sadiq və Müşfiq XANın birlikdə qələmə aldıqları “Ümidlərin izi ilə” romanının rus dilində çap olunmuş nüsxəsinin Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində təqdimatı keçirilib.
Ş.Sadiq AZƏRTAC-a bildirib ki, təqdimat mərasimində kitab haqqında iştirakçılara məlumat verilib. Bildirilib ki, əsər Qarabağ hadisələrindən və Xocalı soyqırımından bəhs edən tarixi detektiv janrda yazılıb.
Tədbirdə ortaq mədəniyyəti paylaşan iki qardaş xalq arasında belə ədəbi əlaqələrin genişlənməsinin vacibliyindən söhbət açılıb.
Sonda müəlliflər kitabı imzaları ilə iştirakçılara təqdim ediblər.
Mərasimdə kitabın müəlliflərinə qazax xalqının milli geyimi hədiyyə olunub.
Qeyd edək ki, bu kitab oxucuların sifarişi ilə Azərbaycanda 4 dəfə nəşr edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]