ELM VƏ TƏHSİL


Azərbaycanlı müəllimin layihəsi Avropa mükafatına layiq görülüb

Bakı, 22 fevral, AZƏRTAC

Bu il “eTwinning” layihəsi çərçivəsində ölkələr üzrə ümumilikdə 118 mindən çox layihə mükafatlandırmada iştirak edib. Onlardan yalnız 8 layihə Avropa mükafatına layiq görülüb. Həmin layihələrdən biri azərbaycanlı müəllim Mətanət Əhədovanın icra etdiyi “The Champion of the World” layihəsidir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi gənclərdə ədəbiyyata, mütaliəyə sevgi və həvəs aşılamaq olub. M.Əhədovanın 2019-cu ildə icrasına başladığı layihə digər ölkələrin müəllim və şagirdləri tərəfindən də böyük maraqla qarşılanıb. Ümumilikdə 12 ölķədən 31 məktəb bu layihəyə qoşulub.

Qeyd edək ki, 3 mərhələdə keçirilən “eTwinning” mükafatlandırmasında cari ildə Azərbaycan üzrə 681 layihə iştirak edib. Müsabiqənin I mərhələsində 556 layihə Milli Keyfiyyət Nişanına, II mərhələsində 161 layihə Avropa Keyfiyyət Nişanına və III mərhələdə 1 layihə Avropa mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.