ELM VƏ TƏHSİL


Azərbaycanlı müəllimlər Böyük Britaniya məktəblərinin müasir təhsil nəzəriyyələrini öyrəniblər

Bakı, 11 fevral , AZƏRTAC

Azərbaycanın ümumtəhsil məktəblərini təmsil edən 15 müəllim Böyük Britaniyanın Lester Universitetində olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi seçilmiş müəllimlərin peşəkarlıq səviyyəsini və mentorluq bacarıqlarını artırmaq, qabaqcıl təcrübələri Azərbaycanda təbliğ etməkdir.

Səfər proqramına müəllimlərin tədris fəaliyyətinin mövcud vəziyyətini təhlil etmək, təlim prosesini düzgün planlaşdırmaq, formativ qiymətləndirmə vasitələrindən istifadə, ölçülə bilən təlim məqsədlərini müəyyənləşdirmək, şagirdlərlə səmərəli əks-əlaqənin təmini, dərs müşahidəsi zamanı müəllimlərin dəstəkləyici əks-əlaqəsinin təşkili kimi məsələlər daxil olub.

Müəllimlər Böyük Britaniya məktəblərində istifadə edilən mövcud yanaşmalar, müasir təhsil nəzəriyyələri və metodik tövsiyələrlə tanış olublar.

Təlimin sonunda müəllimlər müvafiq proqram əsasında həmkarları ilə aparacaqları işləri əks etdirən fəaliyyət planı hazırlayaraq dəyərləndirmə üçün Lester Universitetinin nümayəndələrinə təqdim ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.