ELM VƏ TƏHSİL


Azərbaycanlı müəllimlər “eTwinning Plus” layihəsi çərçivəsində konfransda iştirak ediblər

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycanlı müəllimlər “eTwinning Plus” layihəsi çərçivəsində Türkiyənin İzmir şəhərində keçirilən konfransda iştirak ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihə əsaslı təhsilin tətbiqi sahəsində müxtəlif təlimlər, sərgilər və seminarların təşkil olunduğu konfransda Avropanın 20-dən çox ölkəsinin müəllimləri iştirak edib.

Tədbirin əsas məqsədi XXI əsr bacarıqları, kompüter elmlərinin tədrisi, layihə əsaslı təhsil mövzusunun müzakirə edilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub. Üç gün davam edən tədbirdə Bakı, Gəncə şəhərləri və İsmayıllı rayonundan olan təhsil işçiləri əcnəbi həmkarları ilə beynəlxalq layihələr yaradıb və təhsildə dünya üzrə müasir yanaşmalarla tanış olublar.

Xatırladaq ki, Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulub. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələrin icrası üçün şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycanın indiyədək 484 məktəbindən 1730 müəllimin iştirakı ilə 1398 təhsil layihəsi reallaşdırılıb. Layihədə iştirak edən müəllimlər onlayn təlimlərdə, Avropanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslarda iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.