ELM VƏ TƏHSİL
Azərbaycanlı müəllimlərə Kembric Universitetinin sertifikatları verilib
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, müəllimlərin ingilis dilində dərs demək səviyyələrinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər görür. Bu məqsədlə 2017-ci ilin sentyabr ayından etibarən universitetin ingilis bölməsində dərs deyən müəllimlər “Cambridge EMI” kursu üzrə təhsilə başlayıblar.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Kembric Universitetində müasir standartlara uyğun akademik ingilis dili üzrə 11 müəllim yeddi ay ərzində 8 modullu kursu uğurla tamamlayıb. Eyni zamanda, onlar beynəlxalq “Cambridge EMI” skills sertifikatını əldə ediblər.
Qeyd edək ki, “Cambridge EMI” skills proqramı ali təhsil müəssisələrində ingilis dilinin təkmilləşdirilməsi məqsədilə yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]