MƏDƏNİYYƏT


Azərbaycanlı müğənni Kiyevdə Adriano Çelentano ilə duet oxuyub

Kiyev, 3 noyabr, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə məşhur italyan müğənnisi və aktyoru Adriano Çelentano solo konsert proqramı ilə çıxış edib. Gənc azərbaycanlı ifaçı Vaqif Nağıyev onunla birgə duet oxuyub.

AZƏRTAC xəbər verir ki, birgə oxunan duet tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. A.Çelentano V.Nağıyevin ifasından razı qaldığını söyləyib.

V.Nağıyev öz növbəsində Çelentano yaradıcılığının vurğunu olduğunu və onunla duet oxumasından şərəf duyduğunu bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.