MƏDƏNİYYƏT


Azərbaycanlı musiqiçilər Beynəlxalq Sülh Günündə Fransada konsert veriblər

Paris, 22 sentyabr, AZƏRTAC

Beynəlxalq Sülh Günü münasibətilə Fransanın Carriere-sous-Poissy kommunasında meriyanın dəstəyi və azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın təşkilatçılığı ilə “Sülh naminə” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, Carrie-sous-Poissy kommunasının meri çıxış edərək Beynəlxalq Sülh Günü münasibətilə konsertin təşkilinə görə kommunanın sakini Səidə Zülfüqarovaya minnətdarlığını bildirib. O, ötənilki kimi bu il də konsertin maraqlı olacağına və hamı tərəfindən seviləcəyinə əminliyini ifadə edib.

Konsertdə məşhur klassik bəstəkarların əsərləri səsləndirilib. S.Zülfüqarova və Əməkdar artist, tarzən Sahib Paşazadə muğamlarımızı, Arif Məlikovun və Həsən Rzayevin musiqilərini ifa ediblər.

Dinləyicilər ifaları böyük maraqla qarşılayıblar. Fransız musiqisevərlər milli musiqi aləti tara böyük maraq göstəriblər. Onlar konsertdən sonra tarzənə yaxınlaşaraq tarla bağlı suallar veriblər.

Konsertdən əvvəl yerli qəzetdə azərbaycanlı pianoçu S.Zülfüqarova haqqında məlumat dərc olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.