İDMAN


Azərbaycanlı mütəxəssislər Danimarkada beynəlxalq seminara qatılıblar

Azərbaycanlı mütəxəssislər Danimarkada beynəlxalq seminara qatılıblar

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycanın badminton üzrə məşqçiləri Danimarkanın Brondbü şəhərində keçirilən beynəlxalq seminarda iştirak ediblər.

Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a bildiriblər ki, təcrübə təliminə gənc mütəxəssislər Orxan Qələndərov və Kənan Rzayev qatılıb.

Seminar Danimarka Badminton Federasiyası ilə əməkdaşlıq çərçivəsində Avropa Badminton Konfederasiyası tərəfindən təşkil olunub. Avropanın müxtəlif ölkələrindən iştirak üçün dəvət olunan məşqçilər ölkədə badmintonun uğurlu inkişaf strategiyası, məşq mədəniyyəti, həm milli komanda, həm də klub səviyyəsində fəaliyyət göstərən məşqçilərin iş prinsipləri ilə yaxından tanış olublar, Danimarka badminton sisteminin önəmli şəxsləri ilə görüşüblər.

Seminar gənc badminton məşqçilərinin müəyyən təcrübə qazanması və bunu gələcəkdə öz fəaliyyətlərində tətbiq etməsi baxımından böyük imkanlar yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.