CƏMİYYƏT


Azərbaycanlı mütəxəssislər Hindistanda keçirilən təlimdə iştirak edib

Bakı, 29 iyul, AZƏRTAC

Hindistan Respublikasının Milli Əczaçılıq Təhsili və Tədqiqat İnstitutunda (ITEC) Hindistanın Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə “Bitki mənşəli dərmanlar və formullarda son tendensiyalar və problemlər” adlı təlim təşkil olunub.

AZƏRTAC Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, təlimdə iştirak etmək üçün AEM-in mütəxəssisləri – Şükürov Çingiz, Yolçuyev Orxan və Vəlizadə Şəhla Hindistana ezam edilib.

Təlimdə bitki tərkibli dərman vasitələrinin keyfiyyətinə nəzarət, müvafiq yerli və beynəlxalq qaydalara uyğun tənzimlənməsi və standartlaşdırılması sahəsində son tendensiyalar və problemlər haqqında mühazirələr dinlənilib. Təlim həm nəzəri, həm də praktik olaraq təşkil olunub. Müasir analiz avadanlıqları ilə tanışlıq və həmin avadanlıqlarda analizlərin aparılması əyani olaraq, iştirakçılara göstərilib. Təlimin proqramına əsasən iştirakçılar üçün yerli zavodların istehsal sahələrinə ekskursiyalar təşkil olunub. Sonda isə iştirakçılara təlimdə iştirak etdikləri üçün sertifikatlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.