ELM VƏ TƏHSİL


Azərbaycanlı mütəxəssislər Koreyanın təhsil müəssisələrində texnoloji cihazların iş prinsipi ilə tanış olublar

Bakı, 4 fevral, AZƏRTAC 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək Peşə Təhsili Mərkəzində tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislər Cənubi Koreyada təlimlərdə iştirak edirlər.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim proqramının nəzəri hissəsində iştirakçılar üçün Çunqnam Dövlət Universitetində koreyalı professorlar tərəfindən peşə təhsilinin Koreya iqtisadiyyatında rolu, innovativ təlim metodları, kurikulum və təlim materiallarının hazırlanması, kompetensiyalar üzrə milli standartlar mövzularında mühazirələr keçirilib.

Təlim proqramının praktiki hissəsində isə təlimçilərin Koreyada fəaliyyət göstərən sənaye və təhsil müəssisələrinə sahə səfərləri təşkil olunub. Müəssisələrə səfər zamanı təlim iştirakçıları müvafiq ixtisaslar üzrə ən son texnoloji cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar.

Hazırda təlim proqramı uğurla davam edir. Belə ki, 8 ixtisas üzrə qruplarda mütəxəssislərə mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya kommunikasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə praktiki məşğələlər keçirilir.

Qeyd edək ki, təlim proqramı Azərbaycan və Koreya arasında razılaşmaya uyğun olaraq, Koreya İnsan Resursları İnkişafı Xidmətinin (HRD Korea) dəstəyi ilə təşkil olunub. Təlim proqramı fevralın 20-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.