MƏDƏNİYYƏT
Azərbaycanlı pianoçu Moskva Dövlət Konservatoriyasında çıxış edib
Moskva, 11 iyun, AZƏRTAC
Tanınmış azərbaycanlı pianoçu, Moskva Konservatoriyasının aspirantı, beynəlxalq müsabiqələr laureatı Riad Məmmədov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında çıxış edib.
AZƏRTAC xəbər verir ki, Moskva Konservatoriyasının Raxmaninov zalında “Caz improvizasiya sənəti” adlı konsert təşkil olunub. Musiqi gecəsində tanınmış bəstəkar və pianoçu, müəllim Qriqori Faynın tələbələri iştirak ediblər.
Azərbaycanlı musiqiçi Riad Məmmədov Vaqif Mustafazadənin “Bahar” kompozisiyasını və Qriqori Faynın “Yenə birlikdə” və “Şərq melodiyası” kompozisiyalarını səsləndirib.
Konsertdə, həmçinin pianoçular Yelizaveta Terentyeva, Nikita Xabin, İvan Qostev, Sergey Tyutin, Dmitri Fayn və digərləri iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]