MƏDƏNİYYƏT


Azərbaycanlı pianoçu Türkiyənin “WORLDEF” şirkəti tərəfindən “mədəniyyət elçisi” adına layiq görülüb

İstanbul, 13 fevral, AZƏRTAC

Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyənin beynəlxalq e-ticarət platforması olan “WORLDEF” şirkəti tərəfindən Azərbaycan-Türkiyə qardaşlığının dəstəklənməsi və iki ölkə mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətlərinə görə “Mədəniyyət elçisi” adına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı “WORLDEF” tərəfindən T.Manafzadəyə ünvanlanan təbrikdə musiqiçinin karyerası və həyat tərzinin cəmiyyət üçün nümunə olduğu, Azərbaycan və Türkiyə mədəniyyətləri arasında körpü rolu oynadığı qeyd edilir. Həmçinin Turan Manafzadənin istedadı və səyləri ilə həm Azərbaycan, həm də Türkiyə mədəniyyətinin dünyada tanıdılmasında vacib bir vəzifəni icra etdiyi vurğulanır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.