Azərbaycanlı professor İrəvanın Bakıya ünvanlanmış ittihamlarına cavab verib - MÜSAHİBƏ
AzerTAg.az

Bakı, 16 mart, N.Məmmədova, AZƏRTAC
İnsanların min illər boyu yaşadıqları yurdlarına qayıtmaq arzusunu “Ermənistanın suverenliyinə qəsb edilməsi” kimi qiymətləndirməzdən əvvəl İrəvan öz Konstitusiyasında ermənilərin türk və Azərbaycan torpaqlarına iddialarının yer almasını və öz gerblərində Türkiyə ərazisində yerləşən Ararat dağının təsvir edilməsini xatırlasalar yaxşı olardı.
Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü, texnika elmləri doktoru, Rusiyada yaşayan professor Kamran Rüstəmov AZƏRTAC-a müsahibəsində bu barədə danışıb.
-Siz uzun illərdir ki, belə adlandırılan erməni məsələsini öyrənməklə məşğul olursunuz. Siz nə nəticəyə gəlmisiniz – bu nə xəstəlikdir və onun müalicəsi varmı?
-İslamafobiyaya və türkofobiyaya mübtəla olmuş hay xalqının (XV əsrin ortalarında seçdiyi dinə görə sonradan erməni adlandırılan xalq) öz genetik köklərindən asanlıqla xilas ola biləcəyini güman etmirəm. Hay qəbilələri hələ 1096-cı ildə Birinci Səlib yürüşündə iştirak edərək türklərə, İslama qarşı çıxıblar. XVII əsrin sonu – XVIII əsrin əvvəlində məhz erməni elçilər Qərbi Katoliklər İttifaqının tapşırığı ilə Rusiya çarı I Pyotra təlqin edirdilər ki, guya Rusiya Bizans imperiyasının varisi, Konstantinopol isə rus şəhəridir. Bununla belə, ruslara və türklərə qarşı bütün Səlib yürüşlərində uduzdular. Ona görə də bu ölkələrə qarşı yeni xaç yürüşü layihəsini reallaşdırmağa başladılar. Layihənin mahiyyəti iki ölkəni – Rusiya və Osmanlı imperiyalarını barrikadaların müxtəlif tərəflərinə yönəltmək, onları kəskin qarşıdurmaya sövq etmək idi. Onlar bunu edə bildilər. Nəticədə artıq 300 ilə yaxındır ki, Rusiyada antitürk əhvali-ruhiyyə mövcuddur. Bu əhvali-ruhiyyəni kəskinləşdirən erməni mənşəli Rusiya siyasətçiləri və onlara qulluq göstərən müxtəlif siyasətçilərdir. Mən bu barədə çox yazmışam, təfsilata varmaq istəmirəm. Xatırladım ki, bu yeni Səlib yürüşü ideologiyası Qərb tərəfindən İslam dünyasına qarşı uğurla həyata keçirilir, İslam dövlətləri bir-birinə qarşı qızışdırılır. Ermənilər öz neqativ genlərindən xilas ola bilmirlər və bunu haçansa edə biləcəklərini güman etmirəm.
-Siz azərbaycanlılarla ermənilər arasında uzunmüddətli sülhə nail olmağın və onların istər Azərbaycanın Qarabağ regionunda, istərsə də Qərbi Azərbaycanda (indiki Ermənistanda) dinc yanaşı yaşaya biləcəyinə inanırsınızmı?
-Problem ondadır ki, bu gün dünyada mövcud ziddiyyətlər kələfi dünyanın müxtəlif guşələrində müxtəlif qarşıdurmalara səbəb olur. Azərbaycana sülh lazımdır, lakin Azərbaycan xalqı öz torpağının bir qarışını belə vermək niyyətində deyil. Üstəlik, Azərbaycan özünün parçalanmış - Moskvadakı kommunist rejimi tərəfindən parçalanmış - ərazisini bərpa etmək istəyir. 1920-ci ildən bəri Azərbaycan torpaqları sistemli şəkildə Ermənistanın xeyrinə özgəninkiləşdirilib. Bəzi torpaqlar Azərbaycana qaytarılmalı, bəzi torpaqlara həmin ərazilərin həqiqi sahibləri qayıtmalıdırlar.
-Azərbaycanın Qərbi Azərbaycana qayıtmaq konsepsiyasını İrəvanda “Ermənistanın suverenliyinə qəsb edilməsi” kimi qiymətləndirirlər. Siz bu nəzəriyyənin tərəfdarlarına cavab olaraq nə deyə bilərsiniz? Siz Qərbi azərbaycanlılarının öz əzəli torpaqlarına qayıtması prosesini necə təsəvvür edirsiniz və bu, nə dərəcədə tezliklə baş verə bilər?
-İnsanların min illər boyu yaşadıqları yurdlarına qayıtmaq arzusunu “Ermənistanın suverenliyinə qəsb edilməsi” kimi qiymətləndirməzdən əvvəl İrəvan öz Konstitusiyasında ermənilərin türk və Azərbaycan torpaqlarına iddialarının yer almasını və öz gerblərində Türkiyə ərazisində yerləşən Ararat dağının təsvir edilməsini xatırlasa yaxşı olardı. Hay xalqının tarixində Azərbaycan ərazilərində yaradılmış ilk erməni dövlətinin mövcud olduğu 100 il ərzində bu dövlət hələ də formalaşmayıb. Bu yüz il ərzində Ermənistan daim Rusiyanın dotasiyaları hesabına dolanır, rus əsgərinin arxasında gizlənərək cinayətlər törədir, Azərbaycan xalqına qarşı insana nifrət siyasətini həyata keçirir. Bu, mürəkkəb prosesdir. Mən bu məsələnin yaxın gələcəkdə dinc yolla həll edilə biləcəyini güman etmirəm: biz Qarabağda başlanmış prosesi başa çatdırmalıyıq.
- Ermənilərin ruslara xəyanət etmələri barədə çoxlu tarixi faktlar məlumdur. Bu praktika bu gün də uğurla davam edir...
-Açığını deyim ki, mən bir məsələni heç vaxt başa düşməmişəm: rusiyalı siyasətçilər Rusiya tarixindən düzgün nəticələr çıxara bilməyiblər. Belə təsəvvür yaranır ki, öz səhvlərini təkrarlamaq milli xüsusiyyətdir. Azərbaycan torpaqlarına köçürülmüş ermənilər 200 ildir ki, Rusiya üçün daim-həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda problemlər yaradırlar.
Ermənilər onları köçürmüş I Nikolayın özü üçün, III Aleksandr üçün, II Nikolay üçün başağrısı olublar. Xatırlatmaq istəyirəm ki, əgər 1914-cü ildə ruslar Osmanlı İmperiyasının müdafiə naziri, Rusiyaya müttəfiqlik müqaviləsi təklif etmiş Ənvər Paşanın sözlərinə qulaq assaydılar, bütün tarix başqa məcra ilə gedərdi. Rusiya ittifaq təklifini rədd etdi. Qərb öz məqsədinə çatdı – iki imperiya parçalandı. Ermənistan bu gün də Cənubi Qafqazda Rusiya üçün böyük bir başağrısıdır. Siyasətdə düzgün seçim edilməyəndə ən faciəli nəticələr baş verir. Ona görə ambisiyalara uymaq yox, ölçülüb-biçilmiş strategiyaya əsaslanmaq lazımdır. Rusiya və Cənubi Qafqaz arasında münasibətlər məsələsi böyük mövzudur. Bu barədə başqa bir vaxt danışarıq.
Xəbərin mətnində orfoqrafik səhv var