CƏMİYYƏT


Azərbaycanlı professorun tibbi metodikası ABŞ universitetinin dərsliyinə salınıb

Bakı, 5 noyabr, AZƏRTAC

ATU-nun Tədris Cərrahiyyə Klinikasının plastik və konstruktiv cərrahı, professor Vaqif Qələndərin metodikası ABŞ-ın Florida Tibb Kolleci Universitetində nəşr olunan dərslikdə yer alıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, V.Qələndərin ilk dəfə yaratdığı cərrahiyyə metodikası Florida Tibb Kolleci Universitetinin professoru Rui Fernandesin yazdığı dərsliyin XX fəslində dərc edilib. Bu kitab tələbələrin və mütəxəssislərin sözügedən sahə üzrə hazırlanmasında stolüstü dərslik rolunu oynayacaq.

V.Qələndər bunun qürurverici hadisə olduğunu deyib: “Florida universitetindən belə bir təklif alanda çox şad oldum. Orada elmi görüşdə iştirak etdim, ali təhsil ocağının rəhbərliyi və müəllim heyəti ilə görüşdüm. Bu, həm Azərbaycan Tibb Universiteti, həm də mənim üçün çox böyük uğurdur".

Professor Vaqif Qələndər səfər çərçivəsində ABŞ-da keçirilən beynəlxalq konfransda da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.