MƏDƏNİYYƏT


Azərbaycanlı qadın Tatarıstanın mədəniyyət naziri təyin edilib

Bakı, 3 may, AZƏRTAC

Rusiya Federasiyasının Tatarıstan Respublikasına yeni mədəniyyət naziri təyin olunub.

AZƏRTAC “Tatar-İnform” agentliyinə istinadla xəbər verir ki, həmin vəzifəyə milliyyətcə azərbaycanlı olan İradə Əyyubova təyinat alıb.

Daha əvvəl İradə Əyyubova respublikanın Arxiv İşləri üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsini icra edib.

Qeyd edək ki, İ.Əyyubova 1971-ci ildə Bakı şəhərində anadan olub və Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.