İDMAN


Azərbaycanlı qılıncoynadanlar XXX Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də Azərbaycan qılıncoynadanları İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar. Yarışların birinci günündə şpaqaçılarımız mübarizəyə qoşulublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan universiadada dörd kişi və iki qadın qılıncoynadanla təmsil olunur. Yarışlarda şpaqa növü üzrə kişi idmançılarımızdan Ruslan Həsənov, Fərrux Səfərov və Xalid Əliyev iştirak edirlər. Sablya növündə isə kişilərdən Cavanşir Ağakişiyev, qadınlardan isə Anna Başta və Valeriya Bolşakova birincilik uğrunda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.