MƏDƏNİYYƏT


Azərbaycanlı rejissor Qazaxıstanda yeni səhnə əsəri hazırlayıb

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycanlı rejissor Mikayıl Mikayılov Qazaxıstanda növbəti tamaşaya quruluş verib.

AZƏRTAC xəbər verir ki, K.S.Stanislavski adına Karaqanda Rus Dram Teatrında hazırlanan tamaşa rejissorun özü tərəfindən F.M.Dostoyevskinin “Dayımın yuxusu” povesti əsasında hazırlanıb. Rejissor səhnə əsərinin janrını “ikihissəli skandal-karnaval” kimi təyin edib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Səhnə əsərində rolları Denis Çvetkov, Qalina Turçina, Oksana İqnatenko, Anna Abuzarova, Alyena Volox, Pavel Kondratyev, Valentina Şmatenko, Svetlana Potyemkina, Nina Kruçevic, Yuliya Ulıbışeva ifa edəcək.

Tamaşanın premyerası aprelin 20-21-nə nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.