MƏDƏNİYYƏT


Azərbaycanlı rejissorun filmi “Bridges”də maraqla qarşılanıb

Bakı, 24 yanvar, AZƏRTAC

Brüssel İncəsənət Sarayında (BOZAR) Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində artıq ikinci ildir təşkil edilən “Bridges” (“Körpülər”) Film Festivalı çərçivəsində azərbaycanlı rejissor Hilal Baydarovun “Ad günü” sənədli filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, film yerli tamaşaçı auditoriyası ilə yanaşı, Belçikada yaşayan azərbaycanlılar tərəfindən də maraqla izlənilib. Filmin nümayişindən sonra rejissor tamaşaçıların suallarını cavablandırıb.

1987-ci ildə Bakıda anadan olan rejissorun ilk bədii filmi – “Adsız yüksəkliklər” (2018) Monreal (Kanada) və Kotbus (Almaniya) festivallarında göstərilib. Bundan sonra o, “Ad günü” və “Bir gün Səlimpaşa”da sənədli filmlərini çəkib. “Ad günü” ötən il Sarayevo Beynəlxalq Sənədli Filmlər Festivalında mükafat qazanıb.

Qeyd edək ki, yanvarın 21-dən etibarən Bakıdakı “Flame Towers”də yerləşən “Park Cinema”da Hilal Baydarovun “Adsız yüksəkliklər” bədii filminin nümayişinə başlanılıb. Xronometrajı 93 dəqiqə olan ekran əsəri fəlsəfi problemdən – insanın təbiət qarşısında diz çökməsindən bəhs edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.