MƏDƏNİYYƏT


Azərbaycanlı rəssam beynəlxalq müsabiqənin qalibi olub

Minsk, 14 sentyabr, AZƏRTAC

Belarusun Mogilyov Vilayətində Pavel Maslenikov adına Regional İncəsənət Muzeyində "Vətənin İncəsənətdə Təsviri" adlı 25-ci beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilib.

Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə Belarus, Rusiya, Moldova, Azərbaycan, Özbəkistan və Misirdən olan onlarla rəssamın rəsm əsərləri nümayiş etdirilib. Müsabiqə üç nominasiyada keçirilib. "Təsvirin poetik təcəssümü" nominasiyasında – Azərbaycanı təmsil edən Kamal Hacıyevin "Fəth edilməmiş" əsəri qalib seçilib.

Qeyd edək ki, Kamal Hacıyev 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1981-1983-ci illərdə Repin Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasının Rəssamlıq fakültəsində təhsil alıb. 1984-1990-cı illərdə Belarus Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. 1991-ci ildə Belarus Rəssamlar İttifaqına qəbul edilib. Belarus Dövlət Rəssamlıq Akademiyasında, Maksim Tank adına Belarus Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.