MƏDƏNİYYƏT


Azərbaycanlı rəssamların sənət əsərləri Polşada açılan sərgidə nümayiş edilib

Varşava, 25 iyun, AZƏRTAC 

Polşanın Rıbnik şəhərinin Gənclərin Mədəniyyət Mərkəzində balaca rəssamların əl işlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, mərkəzin 35 illiyinə həsr olunmuş sərgidə 35 ölkədən olan rəssamın 3339 əsəri nümayiş edilib. Bunların arasında azərbaycanlı rəssamların əl işləri də var. Sərgidə Türkiyə, Belarus, Slovakiya, Tailand, Çin, Almaniya və digər ölkələrdən olan balaca rəssamların göndərdikləri rəsmlər də yer alıb.

İlkin olaraq, yubiley tədbirlərinin daha geniş formatda keçirilməsi planlaşdırılsa da, koronavirusla bağlı elan edilmiş pandemiya səbəbindən mərkəz rəhbərliyi yalnız sərgi ilə kifayətlənməli olub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.