ELM VƏ TƏHSİL


Azərbaycanlı riyaziyyatçı alimlərin məqaləsi impakt faktorlu jurnalda

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, riyaziyyat elmləri doktoru Yusif Qasımov və professor Yaqub Şərifovun həmmüəllifi olduğu “Qeyri-hüdud sərhəd şərti ilə qeyri-xətti impuls diferensial tənliklərin həllərinin mövcudluğu və unikallığı” (Existence and uniqueness of the solutions of the nonlinear impulse differential equations with nonlocal boundary conditions) adlı məqalə Böyük Britaniyada impakt faktorlu jurnalda dərc olunub.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, qeyd edilən məqalə “Clarivate Analytics” bazasının Q1 kvartilinə daxil olan “Quaestiones Mathematicae” jurnalında (impakt faktoru 1.474) yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.