ELM VƏ TƏHSİL


Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə qalib olublar

Bakı, 2 iyul, AZƏRTAC 

Böyük Britaniyada keçirilən Beynəlxalq Gənc İnnovasiyalar (BIEA 2020) müsabiqəsində ölkəmizi təmsil edən komanda uğur qazanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, finalda yer tutan 12 komandadan biri də Azərbaycan komandası olub. Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Ruslan Bayramov, Elvin Bilalov və Süleyman İsmayılov “Best Effort Award” nominasiyası üzrə yarışmanın ən yaxşısı seçiliblər.

2019-cu ildən Londonda keçirilən müsabiqənin builki mövzusu “Sahilləri qoruyaq” adlanır. Məktəblilərimizin sudan və qurudan plastik tullantıları təmizləmək üçün hazırladıqları qurğu xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Şagirdlərimizin nailiyyəti haqda məlumat xarici mətbuatda da

(https://www.openpr.com/news/2080685/innovation-from-young-scientists-to-tackle-beach-plastic-waste) dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.