ELM VƏ TƏHSİL


Azərbaycanlı şagirdlər yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında 6 medal qazanıblar

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycanlı şagirdlər Yunanıstanın Rodos adasında keçirilən Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında (JBMO) 3 gümüş və 3 bürünc medal qazanaraq növbəti uğura imza atıblar.

AZƏRTAC xəbər verir ki, bununla da azərbaycanlı şagirdlər 6 medal qazanaraq 100 faizlik nəticə göstəriblər. Komanda hesabında 113 bal toplayan şagirdlərimiz 2010-cu ildən bəri ən yaxşı ümumi nəticə nümayiş etdiriblər.

Şagirlərimizdən Abutalıb Namazov (Fizika Riyaziyyat İnformatika təmayüllü lisey - FRİTL), Fərid İsmayılov (FRİTL) və Murad Ağayev (İstək l) gümüş, Fidan Babayeva (FRİTL), Rəşad Musayev ( FRİTL) və Yusif Qasımov ( 220 n.t.o.m) bürünc medal qazanıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.