ELM VƏ TƏHSİL


Azərbaycanlı şagirdlərin daha bir uğuru

Bakı, 25 iyun, AZƏRTAC

Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Toğrul Abbasov və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Yusif Qasımov gümüş medala layiq görülüblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri 313 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Əlizadə, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Amin Cəfərzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Elçin Musazadə və nazirliyin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Aysun Bayramlı isə bürünc medal qazanıb.

Beləliklə, şagirdlərimiz Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasından 2 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 6 medal əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.