ELM VƏ TƏHSİL


Azərbaycanlı şagirdlərin növbəti uğuru

Bakı, 31 iyul, AZƏRTAC

Rusiya Federasiyasının Kazan şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ 2018) keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Rusiya, Belçika, Finlandiya, Macarıstan və digər Avropa ölkələrinin təmsil olunduğu olimpiadaya azərbaycanlı şagirdlər də qatılıblar.

Dörd nəfərdən ibarət komanda ilə bu mötəbər elm yarışında iştirak edən məktəblilərimiz uğur qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Abutalıb Namazov və İbrahim Tağızadə, Lənkəran şəhəri 4 nömrəli humanitar liseyin 9-cu sinif şagirdi Murad Eynizadə bürünc medallara layiq görülüblər.

Təhsil Nazirliyi tərəfindən fizika, riyaziyyat və informatika təmayüllü, kimya-biologiya təmayüllü liseylərdə yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlər olimpiadalara hazırlıq prosesinə cəlb edilirlər. Kazanda keçirilən olimpiadada iştirak edən şagirdlər də bu mərkəzlərdə xüsusi proqram əsasında hazırlıq keçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.