SİYASƏT


Azərbaycanlı şəhidlərin xatirəsi Yaponiyada da anılıb VİDEO

Tokio, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Anım Günü Yaponiyada yaşayan həmyerlilərimiz tərəfindən də qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Azərbaycanın Yaponiyadakı səfirliyində təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edərək 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızın azad edildiyini, böyük Qələbənin xalqımıza Müzəffər Ali Baş Komandan, müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun bəxş etdiyini vurğulayıb. Qeyd edib ki, neofaşist ölkə olan Ermənistanın ordusu igid əsgərlərimizin zərbələri qarşısında diz çöküb. Bildirib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi şanlı Ordumuzun və xalqımızın böyük Qələbəsi ilə başa çatıb. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edilib və qonşu dövlətin rəhbərliyi məğlubiyyətini etiraf etməyə məcbur olub.

Səfir, həmçinin Azərbaycan xalqının Prezident İlham Əliyevi hər zaman dəstəklədiyini, Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən bütün xalqımızın öz Liderinin ətrafında daha sıx birləşdiyini, yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncinin cəbhəyə könüllü getmək üçün müraciət etdiyini xatırladıb. Vurğulayıb ki, yaşından, peşəsindən, milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni əsirgəməyib. Yalnız Yaponiyada deyil, bütün dünyada yaşayan soydaşlarımız yumruq kimi birləşərək Qələbəyə öz töhfələrini veriblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.