CƏMİYYƏT


Azərbaycanlı stomatoloq Kopenhagendə beynəlxalq konfransda iştirak edib

Bakı, 28 iyun, AZƏRTAC

Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropa Parodontologiya Federasiyasının təşkilatçılığı ilə 10-cu Beynəlxalq parodontologiya konfransı keçirilib. 100-dən çox ölkədən 7200-ə yaxın nümayəndənin iştirak etdiyi konfransda 41 sessiyada 130-dan çox məruzə dinlənilib.

Konfransında ölkəmizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli təmsil edib.

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, çalışdığı kafedranın İstanbul Altınbaş Universitetinin parodontologiya kafedrası ilə birgə yerinə yetirdiyi “İmplant ətrafı toxumaların iltihabi xəstəliklərinin müalicəsində hialuron turşusu və xlorheksidin tərkibli antiseptik vasitələrin klinik və mikrobioloji qiymətləndirilməsi” adlı tədqiqatın nəticələrini poster müzakirəsi şəklində konfransa təqdim edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.