CƏMİYYƏT


Azərbaycanlı stomatoloq-alim İtaliyada keçirilən Beynəlxalq Parodontoloji Simpoziumdan qayıdıb

Bakı, 14 fevral, AZƏRTAC

İtalyanın Milan şəhərində Vita-Salute San Raffaele Universitetində “Dişlər və implantlar ətrafında yumşaq toxuma cərrahiyyəsi” mövzusunda 2-ci Beynəlxalq Parodontoloji Simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunan simpozium iştirakçılarına dişlər və implantlar ətrafında parodontoloji konservativ və cərrahi müalicənin bioloji əsaslandırılması, həmçinin yumşaq toxuma rekonstruksiyasında uğurlu və sabit nəticələrə nail olmaq üçün ən son cərrahi üsullar haqqında yeniliklər təqdim edilib.

Simpoziumda ölkəmizi Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli təmsil edib. O, beynəlxalq simpoziumun gedişində Fransa, İsveç, Braziliya, İsveçrə, Italiya, Macarıstan və Türkiyədən olan həmkarlar ilə bir çox görüşlər keçirərək bu ilin noyabrında Bakıda keçiriləcək “EstePerio 2018” 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi haqqında məlumat verib. Azərbaycanlı alim keçirdiyi görüşlərdə əcnəbi həmkarları ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planlarını müzakirə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.