İDMAN


Azərbaycanlı sumoçu Ər-Riyadda keçirilən ümumdünya etno festivalında bürünc medal qazanıb

Bakı, 15 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında azərbaycanlı idmançı Vasif Səfərbəyov bürünc medal qazanıb.

Azərbaycan Sumo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançımız milli güləş idmanı üzrə mütləq dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Çempionatda 27 ölkənin hər birindən bir idmançı iştirak edib. Vasif Səfərbəyov Boliviya, Hindistan və Qırğızıstan idmançılarına qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda isə Monqolustan idmançısına məğlub olan təmsilçimiz bürünc medalla kifayətlənib.

Görüşlərin idarə olunmasında ölkəmizi Məmmədvəli Mustafayev, Rəsul Həsənov və Fikrət Məlikov təmsil edirlər.

Yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılıb. Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.