ELM VƏ TƏHSİL


Azərbaycanlı tədqiqatçı nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb

Bakı, 13 fevral, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 nömrəli şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova elmi ekspertiza fəaliyyətinə görə “Scopus” bazasında indeksləşən “Journal of Big Data”nın redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalda böyük verilənlərin analizindən resurs tələb edən hesablama araşdırmalarına qədər yüksəkkeyfiyyətli tədqiqat sənədləri, metodologiyalar və geniş mövzuları əhatə edən məqalələr dərc olunur.

“Journal of Big Data”nın əsas mövzu və kateqoriyalarına verilənlərin intellektual analizi vasitələri və metodları, vizuallaşdırılması, böyük verilənlərin texnologiyası, onlar üçün maşınöyrətmə alqoritmləri, bulud hesablama platformaları, paylanmış fayl sistemləri və məlumat bazaları, genişləndirilmiş saxlama sistemləri və s. daxildir. Jurnal elmmetrik göstəricilərə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.