QAN YADDAŞI


Azərbaycanlı tələbə: 20 Yanvar qəhrəmanlarını qardaş Türkiyədə yad etmək vicdanımızın borcudur

Samsun, 18 yanvar, AZƏRTAC

Azərbaycanın müstəqillik yolu və qazandığı tarixi Qarabağ Zəfəri hər bir azərbaycanlının qürur mənbəyidir. Bu yol enişli-yoxuşlu, qanlı-qadalı, əzablı və çətin olsa da şərəflidir. Ona görə də 20 Yanvar qəhrəmanlarını qardaş Türkiyədə yad etmək vicdanımızın borcudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Samsun 19 May Universitetinin (Ondokuz Mayıs Üniversitesi) tələbəsi, Samsun Azərbaycan Tələbələr Təşkilatının sədri Mikayıl Müşfiq ifadə edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəni sadəcə torpaqlarımızın işğaldan azad olunması deyil, eyni zamanda, milli kimliyimizin təsdiqi kimi dəyərləndirən tələbə Mikayıl Müşfiq deyib: “Təhsildə və ictimai işlərdə fəallıq hər bir azərbaycanlı tələbə üçün vətənpərvərlik borcudur. Otuz iki il əvvəl törədilən 20 Yanvar faciəsində canlarından keçən qəhrəmanlarımız Azərbaycanın azadlığı, gələcək nəsillərin, məhz biz gənclərin firavan yaşayışı naminə mübarizə aparıblar. O qanlı günlərə aid tarixi öyrənərək, baş verənlərin mahiyyətini dərk edir böyük məmnuniyyətlə şəhidlərimizi ehtiramla anır və bütün qazilərimizə Allahdan şəfa diləyirik”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Samsun

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.