İDMAN


Azərbaycanlı tələbə Çində keçirilən bodibildinq yarışında gümüş medal qazanıb

Bakı, 17 avqust, Pərvanə Rəhimova, AZƏRTAC

Pekin İdman Universitetində təhsil alan həmyerlimiz Sadiq Həsənov Çinin Sian şəhərində keçirilən “Bodybuilding and men’s physique DMS-2017” bodibildinq və fitnes-model açıq çempionatında gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, bodibildinq üzrə Çində keçirilən ən irimiqyaslı yarışlardan olan çempionatda 200-dən çox idmançı 6 kateqoriyada mübarizə aparıb.

S.Həsənov fitnes-model yarışında “A” qrupunda 38 idmançıdan üstün olaraq yarımfinal mərhələsinə vəsiqə qazanıb. Burada da hamıdan üstün olan həmvətənimiz final yarışında ikinci yerlə kifayətlənməli olub. “Men’s physique” ümumi kateqoriyasında isə həmyerlimiz S.Həsənov üçüncü yerə layiq görülüb.

Gənc idmançımıza gümüş medalı bodibildinq üzrə məşhur atlet Kay Qrin təqdim edib.

Bu, Sadiq Həsənovun ilk uğuru deyil. O, əvvəllər də bir neçə yarışda mükafatlara sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.