MƏDƏNİYYƏT


Azərbaycanlı tələbə “Krişna Canmaştami” bayram tamaşasında əsas rollardan birini oynayıb

Dehli, 19 avqust, AZƏRTAC

Hindistanın paytaxtı Dehlidə yerləşən “Shriram Bharatiya Kala Kendra” İnstitutunda “Krişna Canmaştami” bayramına həsr edilmiş musiqili-rəqs tamaşası təşkil edilib.

Azərbaycanın Hindistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tamaşada adıçəkilən institutda klassik hind rəqsi üzrə təhsil alan 2-ci kurs magistr tələbəsi, həmvətənimiz Türkan Sadıqzadə əsas rollardan birini ifa edib.

Tamaşada müxtəlif geyimlərdən və dekorasiyalardan istifadə olunaraq, Krişnanın həyatını əks etdirən səhnəciklər qurulub, maraqlı hind rəqsləri nümayiş olunub.

Bayram tədbirinə Azərbaycan səfirliyinin əməkdaşları da qatılıblar.

Bu cür tədbirlər Azərbaycan və Hindistan gəncləri arasında bir-birinin mədəni irsinin və incəsənətinin öyrənilməsinə, eləcə də onlar arasında davamlı dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Dehli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.