MƏDƏNİYYƏT


Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər

Pekin, 21 may, AZƏRTAC

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Dillər və Mədəniyyət Universitetində ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, 90 ölkənin milli stendlərinin quraşdırıldığı festivalda Azərbaycanı bu ali təhsil ocağında, habelə Pekindəki digər universitetlərdə oxuyan tələbələrimiz təmsil ediblər.

Ölkəmizin Pekindəki səfirliyinin dəstəyi ilə hazırlanan stenddə Azərbaycanın tarixinə, mədəniyyətinə, müasir inkişafına, turizm potensialına dair materiallar, o cümlədən müxtəlif dillərdə nəşrlər, geyim nümunələri, milli ornamentli suvenirlər nümayiş olunub.

Azərbaycan stendini ziyarət edənlərə milli mətbəximizin təamlarından plov, şirniyyatlarımızdan paxlava və şəkərbura təqdim olunub. Bundan başqa, stenddə Azərbaycan istehsalı olan məhsullar da nümayiş olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.