ELM VƏ TƏHSİL


Azərbaycanlı tələbələr təhsillərini Almaniyada davam etdirəcəklər

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri Həmidə Həmzəzadə və Ayxan Yusifzadə bu tədris ilinin payız semestrində təhsillərini Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində davam etdirəcəklər.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, tələbələr ATMU ilə Yade Tətbiqi Elmlər Universiteti arasındakı mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində bu ali məktəbdə təhsil alacaqlar. Hər iki tələbə təhsil müddətində 3000 avro məbləğində təqaüd alacaq. Təhsil təqaüdü tələbələrin yerləşmə, nəqliyyat və qidalanma xərcləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, ATMU və Yade Tətbiqi Elmlər Universiteti on ildən çoxdur ikitərəfli əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində indiyədək ATMU-nun qırx tələbəsi tərəfdaş universitetdə təhsil alıb. Eyni zamanda hər il ATMU-nun bir qrup tələbəsi Yade Tətbiqi Elmlər Universiteti tərəfindən təşkil edilən yay məktəbinin iştirakçısı olub. Ancaq bu il koronavirus pandemiyası səbəbindən Beynəlxalq Yay Məktəbi təxirə salınıb. ATMU-da ikili diplom proqramının davamlılığını şərtləndirən təhsil müstəvisində Yade Tətbiqi Elmlər Universiteti ilə ikili diplom üzrə tərəfdaşlığın gücləndirilməsi başlıca hədəf seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.