ELM VƏ TƏHSİL


Azərbaycanlı tələbələr ukraynalı dostları ilə italyan dilində müzakirələr aparıblar

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin italyan dili öyrənən tələbələri "Zoom" platforması vasitəsilə Ukraynanın İvan Franko Universiteti və Boris Grinchenko Universitetinin tələbələri ilə onlayn görüş keçiriblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, onlayn əlaqə italyan dili müəllimlərinin - Stefano Bonfili (AzMİU), Linda Giuntini (İvan Franko Universiteti) və Serena Gori (Boris Grinchenko Universiteti) nəzarəti altında qurulub. COVID-19 pandemiyası səbəbindən bütün dünyada yaranmış mövcud durumda, digər ölkələrə səyahət etmək mümkün olmayan dövrdə xarici tələbələrlə ünsiyyət qurmaq tələbələr üçün gözəl şans yaradıb. Tələbələr öz hobbiləri və asudə vaxtları haqqında italyan dilində söhbətləşiblər, maraqlı müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.