MƏDƏNİYYƏT
Azərbaycanlı violonçel ifaçısı İngiltərədə konsert verəcək
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev dekabrın 4-də Londonda “St Martin-in-the-Fields” kilsəsində konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin və kilsənin saytlarında yer alıb. Konsertdə İ.Brams və A.Dvorjakın əsərləri səsləndiriləcək.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. İfaçı bu ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb. Həmçinin Ceyms Qilkrist və Con Tomlinson kimi musiqiçilərlə birlikdə çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]